“Azərbaycanda “donuz qripi” yoxdur” - Baş epidemioloq

1078
 
"Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır”.

BakuPost Medicina.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, bəzi KİV-də Azərbaycanda "donuz qripi” olduğuna dair xəbər yayılsa da, həqiqəti əks etdirmir: "Azərbaycanda donuz qripi yoxdur. Əhalidə xof yaratmaq olmaz. Azərbaycanda "donuz qripi” kütləvi şəkildə yayılarsa, səhiyyə sistemi onun qarşısını ala bilər, tibb işçiləri onun qarşısını almaq iqtidarındadırlar".

İ.Ağayev ölkəyə "donuz qripi”nə qarşı vaksinin gətirilməsi ilə bağlı yayılan məlumatlara da reaksiya verib. O, bunun da dezinformasiya olduğunu qeyd edib.

İbadulla Ağayev Gürcüstandan Azərbaycana "donuz qripi” gətirilməsi ehtimalından danışıb: "Qonşu Gürcüstanda H1N1 virusu yayılıb. Ancaq biz heç kimə qadağa qoya bilmərik ki, Azərbaycana gəlməyin və ya burdan getməyin. Gürcüstanda olan xəstələrin hamısı izoləedici şəraitdədirlər".

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər