Bakıdakı dəhşətli qətllə bağlı cinayət işi açıldı

746
 
"Bakı Metropilteni"nin "Nizami" stansiyası yaxınlığında Emin Şəmiyev adlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.

BakuPost xəbər verir ki, bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanov bildirib ki, hazırda rayon prokurorluq və polis əməkdaşları hadisə yerindədirlər.

İş üzrə polis və prokurorluq əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu yaradılıb. Cinayətkarın müəyyənləşdirilərək tutulması üçün zəruri və təxirəsalınmaz istintaq əməliyyat tədbirləri aparılır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər