Ru
11:42 / 20 Fevral 2019

Gələn ay 10 gün iş olmayacaq

1490
 


Mart ayında bayramlarla əlaqədar on gün qeyri-iş günü olacaq.


BakuPost xəbər verir ki, 2019-cu ildə 8 Mart - Qadınlar günü iş günü hesab edilmir, 20, 21, 22, 23, 24 mart isə Novruz bayramıdır.


Əmək Məcəlləsinə əsasən, martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl üç gün iş olmayacaq.


Bundan əlavə, martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf edir. Bu səbəbdən beşgünlük iş həftəsində 25, 26 mart, altıgünlük iş həftəsində isə 25 mart tarixi  istirahət günləridir.


Bununla da, şənbə və bazar günləri nəzərə alınmaqla, ümumilikdə 15 gün istirahət edəcəyik.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər