Ru
10:36 / 03 Mart 2023

Gürcüstan parlamentində dava - VİDEO

1757
Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı dava düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə görüntülər Gürcüstan telekanallarında yayımlanıb.

Xəbərə görə, “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini parlamentə "Xalqın gücü" müxalifət hərəkatındna olan deoutatlar təqdim ediblər. Onlar qeyri-hökumət təşkilatlarının, KİV-lərin və xaricdən maliyyələşən qurumların reyestrinin yaradılmasını təklif ediblər. Hakim partiya isə daha əvvəl bu təşəbbüsü dəstəkləmək niyyətində olduğunu bildirib.

Parlamentin fəaliyyətini boykot edəcəklərini bəyan edən bəzi müxalifət deputatları qanun layihəsinin müzakirə edildiyi iclası pozmağa cəhd ediblər. Onları zaldan çıxarmaq üçün güc tətbiq edilib. Dava da bu zaman baş verib.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər