Ru
00:50 / 14 Noyabr 2018

İlk peşə-ixtisas təhsili müəssisələri üçün tələblər yumşaldıldı - QƏRAR

2398
Nazirlər Kabineti "İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib. 


BakuPost-un məlumatına görə, ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsinə əsasən, indiyə qədər təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan ilk peşə-ixtisas təhsili müəssisəsinin mühəndis-pedaqoji heyətinin azı 80 faizini Azərbaycan vətəndaşları təşkil etməli idi.


Dəyişikliyə əsasən bu sahədə tələblər yumşaldılıb. Başqa sözlə, bundan sonra təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan vətəndaşları sadəcə, sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər