Ru
13:06 / 17 Yanvar 2019

Külək hansı əraziləri işıqsız qoyub?

1928
 


Hazırda Bakıda və Abşeron yarımadasında enerji təchizatı normaldır. Hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb. 


Bu sözləri BakuPost-a Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib. ASC sözçüsü bildirib ki, əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri önləyici tədbirlər görülüb:


"Küləklə əlaqədar hər hansısa ərazidə kəsinti qeydə alınmayıb və bu barədə müraciət daxil olmayıb. Sadəcə olaraq təhlükəsizlik məqsədilə bəzi ərazilərdə elektrik enerjisinin verilişinə 10-15 dəqiqəlik qısa fasilələr yaranıb. Haradasa enerjinin verilişində problem yaranarsa, vətəndaşlardan xahiş olunur ki, bu barədə bizə məlumat versinlər. "199" nömrəli məlumat nömrələrimiz daim fəaliyyətdədir".

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər