Ru
18:23 / 17 Yanvar 2019

Prosesin ən kəskin dövrü müşahidə olunur - Qərargah son vəziyyəti açıqladı

4560
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.


BakuPost-a daxil olan məlumata görə, hazırda əsasən bu prosesin ən kəskin dövrü müşahidə olunmaqdadır.


Belə ki, 17 yanvar saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Bakı, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.


Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir.


Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər