Ru
11:57 / 13 Noyabr 2018

Qanlı şprislərin əks olunduğu fotolar Azərbaycanda çəkilməyib - RƏSMİ

2467
Daxili İşlər Nazirliyi (DİN) bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib.


BakuPost-un məlumatına görə Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report” deyib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub ki, qeyd olunan fotonu Bakı şəhər sakini olan bir nəfər xarici dövlətlərdən birində yaşayan başqa bir şəxsin səhifəsindən götürərək öz instagram səhifəsində paylaşıb. Həmin fotoların hansı ölkədə çəkildiyi də müəyyən edilib. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər