Ru
15:47 / 17 Yanvar 2022

1 nömrəli məktəbdə şagird döyüldüyü üçün dərsə getmir? - Açıqlama - Yenilənib

4996

Abşeronda məktəbdə şagirdin döyülməsi barədə iddia təsdiqini tapmayıb.


Bakupost.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə 2019-cu ildə baş vermiş narazılıq yeni məlumat kimi bu günlərdə gündəmə gətirilib.


Məktəbin müəllimi A.Məmmədova açıqlamasında məlumatın yayılmasında məktəb rəhbərliyini günahlandırıb: “Çünki ondan şikayət etmişəm, etdiyi qanunsuzluqlar üzə çıxıb”.


Döyüldüyü iddia edilən şagirdin valideyni G.Yusifova da açıqlamasında onun məktəbdən və müəllimdən heç bir narazılığının olmadığını deyib:


“Heç bir narazılığım yoxdur. Biz direktor və müəllimin barışmasını istəyirik. 2019-cu ildə bizim ailəmizdə problemlər olduğu üçün övladım dərsə gedə bilməyib”.


Məktəbin direktoru Çinarə Atayevadan isə açıqlama almaq mümkün olmayıb.



***

12:56



Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin müəlliminin şagirdə şiddət göstərməsi ilə bağlı iddia araşdırılacaq.


Bakupost.az xəbər verir ki, bu barədə Abşeron rayon Təhsil Şöbəsindən bildirilib.


Qeyd olunub ki, ictimaiyyətə bu barədə məlumat veriləcək.


Xatırladaq ki, daha əvvəl məktəb direktoru Çinarə Atayevanın da şagirdi döyməsi ilə bağlı məlumat vermişdik.






***


Abşeronda 8-ci sinif şagirdi təhsil aldığı tam orta məktəbə getməkdən imtina edib.


Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb 2019-cu ildən ona dərs deyən bir müəllimin şagirdə mütəmadi fiziki şiddət şiddət göstərməsidir. Söhbət Ceyranbatan qəsəbəsi, bir nömrəli tam orta məktəbdən gedir.

İddia olunur ki, sözügedən təhsil müəssisəsinin riyaziyyat müəllimi Aynurə Məmmədova 2019-cu ildən bu günə kimi dərs dediyi Elgün Abbasovu mütəmadi olaraq fiziki şiddətə məruz qoyub. Ona zor tətbiq edərək, döyərək xəsarətlər yetirib. Elə həmin il şagirdin valideyni Günay Yusifova oğlunun şiddətə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət edib.

Bütün bunlara baxmayaraq, şagirdə şiddət sərgiləyən müəllim əməlindən əl çəkməyib.

Bu yaxınlarda isə məktəbin 8-ci sinif şagirdi Elgün Abbasov həmin müəllimə görə daha məktəbə getməyəcəyini bildirib. Valideyni övladında riyaziyyat müəlliminə görə psixoloji problemlərin yarandığını əsas gətirib. Mövcud məsələ ilə bağlı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbi ilə əlaqə saxlanılıb. Məktəbdən faktı təsdiq ediblər.

Qeyd edək ki, bir neçə gün öncə İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovanın azyaşlı uşağa qarşı şiddət göstərib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər