Ru
09:10 / 12 Oktyabr 2019

10 milyon insan təxliyə ediləcək - Qasırğaya görə

1756
Yaponiya sahillərinə yaxınlaşan "Haqibis" qasırğasına görə demək olar, 10 milyona yaxın insan təxliyə ediləcək.

BakuPost.az xəbər verir ki, bu barədə TASS ölkənin ictimai televiziyasına istinadən xəbər verir.

Məlumata görə, 7,6 milyondan çox insana təxliyə hazırlığına başlamaq, daha 1,7 milyondan çox insana bilavasitə təxliyyə haqqında tövsiyə edilib. Yaponiyanın mərkəzi hissəsində 8 min insana məcburi təxliyə məsləhəti verilib. Eyni zamanda paytaxt üzrə təqaüdçülərin və yaşlı insanlarının təxliyəsi başlanıb.

Müvafiq orqanlar paytaxt rayonlarının əksəriyyətinin sakinlərini mümkün təxliyə hazırlığına başlamağa çağırıblar. Köçürmə mərkəzləri adətən məktəblərin akt və idman zallarında, bələdiyyə binalarında təşkil edilir.

"Haqibis" artıq ilk dağıntılara gətirib çıxarıb - Tokio prefekturasındabir şəxsi kottec dağılıb, nəticədə onun içində olan 4 nəfər xəsarət alıb. Məlumata görə, təbii hadisə zamanı 1 nəfər ölüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər