Ru
00:01 / 28 May 2019

101 il öncə qurulan Azərbaycan Xalq Cümhuriyyəti

4610
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur.   BakuPost.az xəbər verir ki, uzun bir dövr ərzində Azərbaycan
Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa,
müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.   XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm
də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin
yaranması əsri kimi də daxil olub.   1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində
Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz
müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək
1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları
Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.   Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil,
bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət
idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli
bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də
bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.   Respublika
Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28
may qeyri-iş günü elan edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər