Ru
10:07 / 21 Sentyabr 2019

1,3 milyardlıq büdcəsi olan "Üzüklərin Hökmüdarı" bu ölkədə çəkiləcək

2007


Con Ronald Reuel Tolkienin eyni adlı əsərinin motivləri əsasında çəkilən “Üzüklərin Hökmüdarı” filminin çəkilişlərinin Yeni Zellandiyada baş tutacağı açıqlanıb.


BakuPost xarici mediaya istinadən xəbər verir ki, Yeni Zellandiyada ümumi dəyəri 1,3 milyard dollar olan serial üçün Orta Dünya kainatı yenidən qurulacaq. Bu dəyəri ilə “Üzüklərin Hökmüdarı” serialı tarixdəki ən bahalı seriallar sırasına düşəcək.


Qeyd edək ki, Yeni Zelandiyada yeni televiziya serialının çəkilişinə hazırlıqlar yaxından izlənilir. Serial Yeni Zellandiyanın, həm mədəniyyətinə, həm də iqtisadiyyatına böyük töhvə verəcək.


Xatırladaq ki, serialın rejissoru Piter Cekson bundan əvvlki sürial üçün 161 milyon dollar xərcləyib.

Günel


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər