16 yaşlı qızın intihar səbəbi məlum oldu – Gecə evə gəlməyib... - VİDEO

2188

Bakının Yasamal rayonunda 16 yaşlı qızın intiharının səbəbi məlum olub.
 
BakuPost-un xəbərinə görə, 2003-cü il təvəllüdlü Azadə Mirfatimə Füzuli qızı Yeni Yasamal qəsəbəsində anası və atalığı ilə birlikdə kirayədə yaşayıb. 

Hadisədən bir gün əvvəl - martın 14-də M.Azadə rəfiqəsi və onun anası ilə birlikdə olub və gecə evə gəlməyib. Evə qayıtdıqdan sonra atalığı qızı danlayıb, rəfiqəsi və anasını evə çağıraraq, onları qızı pis yola çəkməkdə günahlandırıb.  Martın 15-də axşam saatlarında isə M.Azadə özünü yaşadıqları binanın 16-cı mərtəbəsindən yerə atıb. 

Qeyd edək ki, hadisə Yasamal rayonu, Əsəd Əhmədov 45 ünvanında baş verib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Son məlumata görə, 16 yaşlı qızın atalığı saxlanılıb, rəfiqəsi və onun anası isə istintaqa cəlb edilib.

Hadisə baş verən vaxt BakuPost-un əməkdaşının çəkdiyi videonu təqdim edirik:


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər