18 cinayətin üstü “isti izlər”lə açıldı

  • 16 İyl 2019 15:38
  • 512 Baxış
18 cinayətin üstü “isti izlər”lə açıldı
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 18 cinayətin üstü "isti izlər”lə açılıb.




Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. 




Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 7 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 




Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.