Ru
21:56 / 17 May 2021

18 yaşlı gənci ildırım vuraraq öldürdü

3048
Samuxda bədbəxt hadisə baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacalı kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər