Ru
16:00 / 06 Avqust 2020

2 milyon 300 min nəfərə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib

1741
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ümumilikdə 2 milyon 300 min nəfərə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

"BakuPost" xəbər verir ki, onlardan 1 milyon 260 min nəfərinə pensiya, 423 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd, 350 min nəfərinə (85 min ailə) ünvanlı dövlət sosial yardımı ödənilib.

İyul ayında qeyd edilən sosial təminat növləri üzrə ödəniş alanların sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 3,3 faiz və ya 73 min nəfər çox olub.

Həmçinin ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə 2019-cu ilin iyul ayına nisbətən 24,1 faiz və ya 91 milyon manat çox olmaqla 468 milyon manat vəsait yönəldilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər