Ru
10:33 / 01 Oktyabr 2019

20 nəfər qidadan zəhərləndi - Azərbaycanda

1751
2019-cu ilin avqust ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1573 müraciət daxil olub.

Agetlikdən BakuPost.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-ı işə qəbulla, 730-u isə digər xarakterli müraciətlər olub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər