Ru
14:48 / 21 May 2019

2018-ci il dövlət büdcəsinin icrasına dair hesabat parlamentə təqdim edildi

2870
"Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2018-ci ildə dövlət büdcəsinin icrası barədə illik hesabata rəy hazırlanıb, parlamentə təqdim edilib”.


 

Bakupost-un  məlumatına görə, bunu mayın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmədov söyləyib.


V. Gülmməmədov deyib ki, 2018-ci ilin dölət büdcəsinin gəlir və xərclərlə bağlı artımı son 7 ildə ən böyük göstərici olub: "Hesabat ilində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi proqnozları artıqlaması ilə yerinə yetirib. 2018-ci ilin dövlət büdcəsi 20 mənbə üzrə daxilolmalar hesabına formalaşdırılıb. Bu mənbələrdən 13-ü üzrə proqnoz 100 faizdən artıq, 7-si üzrə kəsirlə icra edilib”.


Hesablama Palatasının sədri bildirib ki, dövlət büdcə gəlirlərində neft amili yenə də dominant olub: "Lakin  qeyri-neft sahələrinin gəlirlərində proqnoza nisəbətən 3,5 faiz, əvvəlki ilə nisətən isə 5,5 faiz artım olub. İkinci artıq ödəmə və borc məbləğləri ilə bağlıdır. Hesabat ilində vergi ödəyicilərinin dövlət büdcəsinə cəmi artıq ödəmə məbləği 2 milyard manat təşkil edib. Bu da 1 yanvar 2018-ci il tarixə olan göstəricidən 21,4 faiz azdır. Təhlillər göstərir ki, dövət müəssisələrinin dövlət büdcəsinə artıq ödəmə məbləğinin azalması fonunda xüsusi mülkiyyətdə olan vergi ödəyiciləri üzrə mütləq həcm hələ ki, yüksək olaraq qalıb. Artıq ödəmə məbləğinin azalması fonunda hesabat ilində dövlət büdcəsinə borcların məbləği cəmi 3,8 faiz artıb. Artım əsasən, faiz borclarının əhəmiyyətli artımı hesabına olub. 2018-ci ildə vergi borclarının əsas qeyri-neft sektorunun, mülkiyyət növü üzrə bölgüdə isə qeyri-dövlət sektorunun payına düşüb. Ümumiyyətlə, ayrı-ayrı tədiyyə növlərinin icra səviyyəsinə də məhz artıq ödəmə məbləğlərinin mövcudluğu, cari ildə bu məbləğin nəzərəçarpacaq dərəcədə azalması, hesablanmış, eləcə də ödənilmiş vergilərin məbləği də təsir göstərib. İcra edilmiş məbləğlərə baxdıqda,  bəzi istiqamətlər üzrə proqnozlaşdırıldığından daha çox vəsaitin daxil olduğu, bəziləri üzrə nəzərəçarpacaq kəsirlərin olduğu görünür”.


V. Gülməmmədov qeyd edib ki, bəzi tədiyyə növlərinin icra səviyyəsinin aşağı olması vergi-büdcə siysəsətinin əsas istiqamətləri üzrə müəyyən edilmiş hədəflərə nail olmaq vəziyyətinə də təsir göstərib: "Ümumiyyətlə, bəzi vergi növlərinin icra səviyyəsinin makroiqtisadi inkişaf meylləri ilə tam uyğunluq təşkil etməməsi də hesabat ilində icra edilmiş dövlət büdcəsinin gəlirlərini xarakterizə edən amillərdən olub. Bu, bəzi tədiyyə növləri üzrə fiziki gəlir vergisi, əlavə dəyər vergisi, aksizlər üzrə daha nəzərəçarpan dərəcədə olub”.


Dövlət büdcəsinin xərclərinə gəlincə, Hesablama Palatasının sədri qeyd edib ki, 2018-ci ildə dövlət büdcəsinin xərcləri 98,4 faiz həcmdə icra olunub: "Bu, çox müsbət göstəricidir. Bununla yanaşı, istərdik ki, dövlət büdcəsinin xərclərinin icrası ilə bağlı olan bəzi amilləri də vurğulayaq. İlk növbədə, hesabat ilində dövlət büdcə xərclərini xarakterizə edən amil xərclərin artım tempinin ümumi daxili məhsulun artım tempini üstələməsidir. Əvvəlki illə müqayisədə 2018-ci iləd büdcə xərclərinin artım tempi ÜDM-in artım tempindən 15,8 faiz bənd çox olub. Büdcə xərclərinin strukturunda əlavə dəyər yaradan xərclərin məbləği hesabat ilində əhəmiyyətli çəkidə artıb. Bununla yanaşı, investisiya xərclərinin strukturu büdcənin qeyri-neft sektorunun əhəmiyyətli drayverinə çevrilməsinə qismə mane olub, beləliklə, büdcənin iqtisadiyyatdan daha sürətlə artımına gətirib çıxarıb”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər