Ru
13:33 / 15 Sentyabr 2019

İsmayıl Şıxlının 100 illik yubileyi keçirildi - FOTO

3015

Qazax Ziyalılar Klubunun təşkilatçılığı ilə Atatürk Mərkəzində Xalq Yazıçısı İsmayıl Şıxlınin 100 illik yubileyi keçirilib.


BakuPost
xəbər verir ki, yubiley tədbirini giriş sözü ilə açan Ziyalılar Klubunun həmsədri Sərxan Carçı qısa çıxış edərək, ilk sözü İsmayıl Şıxlı yadigarı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya verib. Elçin Şıxlı atası barədə xatirələrini bölüşüb, atasının sonucu romanı olan "Ölən dünyam" əsərinin necə ərsəyə gəlməsini, çox böyük təəssüf hissi ilə atasının romanın kitab formasını görə bilmədiyini dilə gətirib.


Tədbirdə həmçinin “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Dövlət Televiziyasının əməkdaşı Avdı Qoşqar, "Qazax Xeyriyyə" İctimai Birliyinin idarə heyətinin üzvü Rəfail İncəyurd, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, filologiya üzrə fəlsəfə doktoru Natavan Dəmirçioğlu da çıxış edərək, İsmayıl Şıxlı yaradıcılığdan, onun insani keyfiyyətlərindən söhbət açıblar.


Günel

Baku Post



İsmayıl Şıxlının 100 illik yubileyi keçirildi   - FOTO
İsmayıl Şıxlının 100 illik yubileyi keçirildi   - FOTO
İsmayıl Şıxlının 100 illik yubileyi keçirildi   - FOTO
İsmayıl Şıxlının 100 illik yubileyi keçirildi   - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər