Ru
16:35 / 16 Oktyabr 2019

Ukraynalı yazıçı Osmanlının qadın sultanlarından kitab yazdı

4224
Ukraynalı yazıçı Oleksandra Şutko Osmanlı tarixində mühüm yer tutan qadın sultanlardan bəhs olunan 6 kitab yazıb.

BakuPost “Euronews”a istinadən xəbər verir ki, Şutko, bu yaxınlarda 2017-ci ildə Türk dilinə tərcümə edilmiş Hürrem Sultandan sonra “Qadın Hökmranlığı: Güc və Sevgi” kitabını qələmə alıb.
Ukraynalı müəllif kitabında Osmanlı İmperiyasının Hürrem Sultan, Mihrimah Sultan, Nurbanu Sultan, Safiye Sultan, Kösem Sultan və Hatice Turhan Sultan kimi 6 güclü qadını təsvir edib.
Müəllifin sözlərinə görə, Hürrem Sultan Osmanlı İmperiyasının ən güclü qadın simvolu idi: "Hürrem Sultan zərif və ağıllı bir qadın olub. Bir az hiyləgər idi”

Şutko son kitabının da Osmanlının güclü qadınları ilə bağlı olduğunu bildirib “Qadınların Hökmranlığı: Güc və Sevgi” kitabında müəllif Hürrem Sultan, Mihrimah Sultan, Nurbanu Sultan, Safiye Sultan, Kösem Sultan və Hatice Turhan Sultanı təsvir edib. 16. 17-ci əsrdə Osmanlı hakimiyyətində fəal olan bu sultanların sevgi və diplomatiya məktubları da kitaba daxil edilib. Yazıçı onların həyatlarını təhlil etmək üçün Türkiyə, Polşa və Venesiya arxivlərində istifadə etdiyini bildirib.



Şutko'nun yeni planı isə Osmanlı Hərəmi və sevgiləri haqqında bir kitab qələmə almaqdır.
Qeyd edək ki, sözügedən kitab hələ türk dilinə tərcümə olunmayıb.
Günel
BAKUPOST



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər