Sianid daha bir ailəni məhv etdi

  • 15 Noy 2019 12:04
  • 352 Baxış
Sianid daha bir ailəni məhv etdi
İstanbulun Bəkirköy rayonunda bir ailənin 3 üzvü sianidlə zəhərlənmədən ölüblər.

BakuPost CNN-ə istinadla xəbər verir ki, ölənlər arasında 1 nəfər azyaşlı da var. Hadisə yerinə polis cəlb olunub. Faktla bağlı araşdırmalar başlayıb.


Qeyd edək ki, daha öncə Antalyada bir ailənin 4 üzvü sianiddən zəhərlənərək ölmüşdü. İstanbulda da eyni hal baş vermişdi. Bir ailənin 4 üzvünün zəhərləndiyi mənzilin qapısının üzərinə isə "Daxil olmayın! Polisə zəng edin, mənzildə sianid var" sözləri yazılmışdı.