Ru
20:16 / 16 Yanvar 2019

Azyaşlılara siqaret satanlar cərimələndi

1773
 


Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində daxil işlər orqanları tərəfindən tədbirlər davam etdirilir.


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan BakuPost-a verilən məlumata görə, yanvarın 16-da Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində növbəti reyd keçiriblər. 


Reydlər nəticəsində rayon ərazisində yerləşən mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin mağazaların 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunublar. 


​​Bu istiqamətdə reydlər davam etdirilir. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər