Ru
13:46 / 21 Yanvar 2019

Qanunsuz ov edənlər saxlanıldı

2040
 


Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.


DİN-dən BakuPost-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qanunsuz ov etdiklərinə görə Masallı rayon sakini Elmir Əliyev və Astara rayon sakini Səttar Həsənov saxlanılıblar.


Onlardan 4 ədəd tüfəng, 251 ədəd patron, ov ləvazimatları, habelə ovladıqları 28 ədəd ördək və qaşqaldaq aşkar edilərək götürülüb.


Araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər