Ru
21:45 / 17 Fevral 2019

“Qarabağ” növbəti qələbəsini qazandı

1630
Fevralın 17-də futbol
üzrə Topaz Premyer Liqasının XVII turuna "Qarabağ” – "Qəbələ” oyunu ilə yekun
vurulub.

 

BakuPost-un məlumatına görə, qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi
ilə başa çatıb. Oyunun 4-cü dəqiqəsində Riçard Almeyda 11 metrlik cərimə zərbəsini
dəqiq yerinə yetirərək hesabı açıb – 1:0. Lakin 28-ci dəqiqədə "Qəbələ” klubu
hesabı bərabərləşdirib. "Qəbələ”nin kapitanı Cavid Hüseynov "Qarabağ”
komandasının qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini qolla tamamlayıb
– 1:1. Lakin əyalət təmsilçisinin sevinci çox çəkməyib. İki dəqiqə sonra Filip
Ozobiç baxımlı qolla ağdamlıları yenidən hesabda irəli çıxarıb – 2:1.   Bu qələbə sayəsində
xallarının sayını 37-ə çatdıran "Qarabağ” turnir cədvəlinin lideri "Neftçi” ilə
xal fərqini birə endirib. "Qəbələ” isə 23 xalla dördüncü yerdə qərarlaşıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər