Sabah hava necə olacaq?

446

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə  4-6° isti, gündüz 10-15° isti təşkil edəcək. Bakıda gecə 4-6° isti, gündüz  12-14°  isti təşkil edəcək.


Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70  % olacaq.


Azərbaycanın rayonlarına gəlincə, martın 22-də hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, gündüz mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  3-8° isti təşkil edəcək.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər