Ru
14:38 / 20 Aprel 2019

Bazar gününə olan hava proqnozu açıqlandı

2111
 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti haqqında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Bu barədə Bakupost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

 

Xəbərə görə, mülayim şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz  10-12°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 766  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  50-55 % olacaq.  


 

Rayonlara gəlincə, bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.  

 

Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta,  gündüz 2-6° isti təşkil edəcək. 

 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər