Ru
13:08 / 18 May 2019

İstirahət günü hava necə olacaq?

2431
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakupost-a verilən məlumata görə, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. 


Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-28° isti təşkil edəcək. Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil edəcək.


Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.


Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. 


Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti təşkil edəcək. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər