Ru
13:17 / 22 May 2019

Sabahın hava proqnozu açıqlandı

1290
 

Mayın 23-də olan hava proqnozu açıqlanıb.

 

Bakupost.az Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz  25-27 dərəcə isti təşkil edəcək.



 

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 


Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12,  gündüz 13-18 dərəcə isti təşkil edəcək.  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər