Salyanda iki avtomobil toqquşdu - Ölən var

  • 12 Avq 2019 12:31
  • 550 Baxış
Salyanda iki avtomobil toqquşdu -  Ölən var
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.




Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, avqustun 10-da saat 16 radələrində Salyan rayonunun Noxudlu kəndi ərazisində Yardımlı rayon sakini C.Yarıyev idarə etdiyi "VAZ-2106” markalı avtomobili qarşıda gedən Sumqayıt şəhər sakini M.Məmmədovun idarə etdiyi "BMW” markalı avtomobilə vurub.




Nəticədə C.Yarıyev və sərnişini, oğlu Sadiq xəstəxanaya yerləşdirilib. Sadiq orada ölüb.