Ru
18:56 / 02 Yanvar 2020

“2020-ci ildə imam Mehdi gələcək” – Mahmud Əhmədinejad

6180

"Bu il İsa Məsih tərəfindən dəstəklənən İmam Mehdi gələcək”.

Bu barədə İranın keçmiş lideri Mahmud Əhmədinejad “Twitter” hesabında Yeni il təbrikləri zamanı bildirib.

M.Əhmədinejad əlavə edib ki, İmam Mehdi, insanlara kömək etmək, haqsızlığa son qoymaq və istəkləri həyata keçirmək üçün gələcək:

Ümid edirəm ki, 2020-ci ildə həyatımızda İsa Məsihin təlimlərini tətbiq etməyi öyrənəcəyik. Allaha əmanət olun”.

Qeyd edək ki, bundan əvvəlki illərdə də Əhmədinejadın Milad mesajları mübahisələrə səbəb olub. 2008-ci ildə İngiltərənin “Kanal 4” televiziyasına açıqlamasında Əhmədinejad ABŞ və müttəfiqlərinə üz tutaraq, "İsa yaşasaydı, hökmranlara, ayrıcı qüvvələrə qarşı çıxacaqdı" demişdi.

Cebhe.info
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər