Ru
13:58 / 13 Noyabr 2019

2020-ci ilin dövlət büdcəsi qəbul edildi

2938
“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.

BakuPost xəbər verir ki, parlamentin spikeri Oqtay Əsədov bu gün keçirilən parlamentin plenar iclasında bildirib ki, çıxışa yazılmış 46 deputatdan 34-ü çıxış edib.


Onun sözlərinə görə, digər deputatlar isə ikinci oxunuşda çıxış edə bilərlər. O, qeyd edib ki, ikinci oxunuş noyabrın 26-da keçiriləcək.

Səsvermə zamanı 102 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla büdcə zərfi birinci oxunuşda qəbul edilib.

Xatırladaq ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər