21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən öldü

Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb.



BakuPost.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.


Belə ki, 1998-ci il təvəllüdlü M.Quliyev yaşadığı evdə narkotik vasitənin yüksək təsirindən dünyasını dəyişib.


Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.


Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.