Ru
10:30 / 20 Sentyabr 2019

22-ci Oprea Günlərinə Girnədə start veriləcək

1208


Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 22-ci Opera Günlərinə hazırlıq işləri başa çatıb.


TÜRKSOY-dan BakuPost-a verilən məlumata görə, budəfəki Opera Günləri Şimali Kiprin Girnə və Türkiyənin İstanbul şəhərlərində keçiriləcək.
Açılış mərasimi sentyabrın 25-də Girnə şəhərində olacaq. Tədbir TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunub. Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə keçiriləcək rəsmi mərasimin iştirakçılarına nazir Nazim Çavuşoğlu tərəfindən dəvətlər göndərilib. Bildirilir ki, Opera Günlərində 9 ölkədən 10 solist və üç pianoçu qatılacaq.
Günel


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər