Ru
11:15 / 12 Sentyabr 2019

22 şübhəli şəxs saxlanıldı

1061

Sentyabrın 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.


Daxili İşlər Nazirliyindən BakuPost-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 19 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər