Ru
11:09 / 05 Noyabr 2019

23 nəfər saxlanıldı

4934
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 17 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında bir ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər