Ru
17:38 / 21 May 2019

23 xəstəyə böyrək köçürüldü

2016
2018-ci ildə Azərbaycanda dövlət hesabına 23 xəstəyə böyrək nəql edilib.


Bakupost-un məlumatına görə, bu barədə ""2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.


Ötən il respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunublar ki, onların da 34-ü bölgələrdə yerləşir. Bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Hazırda dövlət böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən artıq insanın dərman təminatını öz üzərinə götürüb. 


""2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər