25 yaşlı qız avtobusun altında can verdi

563
 
İsmayıllıda marşrut avtobusu piyadanı vurub.

BakuPost-un Trend-ə istinadən məlumatına görə, hadisə İsmayıllı rayonunun mərkəzində baş verib.

Belə ki, İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Bağıyeva Nərgiz Asif qızı rayonun Heydər Əliyev prospektindəki Uşaq Əyləncə Parkının qarşısında avtobusdan düşüb və yolu keçmək istəyərkən sürücü, 1987-ci il təvəllüdlü Babayev Anar Azər oğlu idarə etdiyi "SAZ" markalı 90-JN-759 dövlət nömrə nişanlı minik avtobusu digər sərnişini mindirmək üçün arxaya sürüb.
 
Nəticədə N.Bağıyeva avtobusun altında qalaraq ölüb.
 
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlayıb.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər