Ru
23:13 / 14 Fevral 2020

28 yaşlı oğlan başından bıçaqlandı

1568
31 yaşlı kişi həmkəndlisini başından bıçaqlayıb.

BakuPost-un "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə Zaqatalanın Qandax kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Kərimov şəxsi münaqişə zəminində həmkəndlisi 28 yaşlı Fərid Süleymanovu başından bıçaqlayıb.

Fərid Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər