Ru
19:24 / 27 Fevral 2020

29 fevralda doğulan AZƏRBAYCANLILAR

8035
Ədliyyə Nazirliyi Azərbaycanda 29 fevral tarixində doğulanlar barədə məlumat açıqlayıb.

Nazirlikdən BakuPost.az-a verilən məlumata görə, ilin ən qısa ayı olan fevral ayı 28 gündən, dörd ildən bir isə 29 gündən ibarət olur:

"Bu tarixdə yaşanan müxtəlif qeyri-adi hadisələrin ictimaiyyət üçün maraqlı olduğunu nəzərə alaraq Azərbaycanda 29 fevral tarixində doğulan vətəndaşlarımız barədə statistik rəqəmləri təqdim edirik. Hazırda Azərbaycanda bu tarixdə doğulan 5.082 nəfər yaşayır. Onlardan 2.505 nəfəri kişi, 2.577 nəfəri isə qadındır. 18 yaşına çatmayan şəxslərin sayı 1.306 nəfərdir (669 kişi, 637 qadın); gənclərin (14 yaşdan 29 yaşadək) sayı 1.111 nəfərdir (569 kişi, 542 qadın); yaşı 29-dan yuxarı olan şəxslərin sayı isə 2.889 nəfərdir (1.388 kişi, 1.501 qadın).

Onlardan 2.074 nəfəri 40 yaşdan, 1.199 nəfəri 50 yaşdan, 670 nəfəri 60 yaşdan, 104 nəfəri 70 yaşdan, 48 nəfəri 80 yaşdan yuxarı olanlardır".
Şərhlər
  • Eminli Zahid

    Məndə 2012 fevralın 29-u anadan olmuşam. Və özümü şanslı hiss edirəm.

  • Maqa Velizadə

    Məndə Fevralın 29-u 2004 təvəllüdəm. ????

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər