10:46 / 20 Noyabr 2021

"3-cü doza vaksini vurdurmalıyıq" - TƏBİB rəsmisi

1360
"Pandemiya başlayanda vaksinasiya olmayanda epidemiyanın idarə edilməsi üçün bağlanmalara gedirdik, bundan başqa yol yox idi".

Bakupost.az -ın məlumatına görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, otən ilin iyun ayından yoluxma daha da artdı, avqustun sonuna qədər belə davam etdi:

"Müharibədən sonra yoluxma sayları artanda biz yenidən qapanmalara getdik. Vaksinasiya başlayandan bir neçə dəfə yoluxma halları ciddi şəkildə artıb. Amma karantin sərtləşdirilməsinə getməmişik. Bu da vaksinasiyanın təsiridir. Bundan gözəl vaksinasiyanın effektivliyini göstərən nəsə ola bilməz. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmalıyıq".
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər