Ru
20:06 / 14 Dekabr 2019

"3-cü mikrorayon bazarı"nda yanğın söndürüldü

1890
"Hadisə yerinə 17 yanğın texnikası, 75 yanğınsöndürən cəlb edilib. Yanğında xəsarət alan yoxdur. Hadisə yerində iki "QAZel" markalı avtomobil qismən yanıb".

BakuPost-un məlumatına görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi general Füzuli Əsədov bildirib.

Onun sözlərinə görə, yanğın təxminən 300 kv. metr sahəni əhatə edib: “Yanğınla bağlı məlumat Böhran Xidmətinə saat 17:29-da daxil olub. Hadisə yerinə yanğınsöndürənlər təxminən 4 dəqiqəyə çatıb. Bakının başqa rayonlarından əlavə qüvvələr gətirilib. Təxminən yarım saat ərzində yanğın məhdudlaşdırılıb".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər