Ru
18:00 / 06 Noyabr 2019

40 günlük körpə ürək əməliyyatı olundu - Bakıda

2310

Respublika Müalicəvi Diaqnostika Mərkəzində anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş körpə sağlamlığa qovuşub.

BakuPost.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, RMDM-də Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı Anar Əmrahın rəhbərliyi altında növbəti uğurlu əməliyyat icra olunub, anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş sağlamlığa qovuşub. Əməliyyat erkən yaşda ciddi ürək çatışmazlığı, ağciyər (pulmonar) hipertenziya, biküspid aort qapaq və geniş (10 mm) PDA ilə 40 günlük körpə üzərində həyata keçirilib.


RMDM-ə qəbul edilərkən körpədə qidalanma zamanı ciddi təngnəfəslik, yorulma və tərləmə əlamətləri var idi. Qüsur aradan qaldırıldıqdan sonra körpənin çəkisində gözəçarpacaq dərəcədə artma müşahidə olunub və yaxşı vəziyyətdə evə yazılıb. Körpənin valideynləri əməliyyatda əməyi keçən bütün tibbi heyətə təşəkkürünü çatdırıblar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər