Ru
21:59 / 27 Oktyabr 2021

43 yaşlı qadın ev əşyalarını balkondan küçəyə tullayır - VİDEO

3481
Ev əşyalarını balkondan tullayan 1978-ci il təvəllüdlü qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.

Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Məlumatda deyilir ki, hazırda onun müvafiq müalicə mərkəzinə yerləşdirilməsi ilə bağlı iş aparılır:

"Yaxın dəqiqələrdə ixtisaslaşmış həkim briqadasına təhvil veriləcək. Bu barədə qohumları məlumatlandırılıb. Qadın həmin ünvanda tək yaşayıb, heç bir təzyiqə və zorakılığa məruz qalmayıb".

Həmin binada yaşayan sakinlərin Bakupost.az -a verdiyi məlumata görə, əvvəllər evdə 3 nəfər - əşyaları tullayan qadın, onun anası və qızı qalırmış. Məlumata görə, anası da bu qadın kimi psixi xəstəlikdən əziyyət çəkib və koronavirusdan vəfat edib. Əşyaları tullayan qadın öz qızına da dəfələrlə fiziki zorakılıq göstərib. Nəticədə övladı əlindən alınaraq uşaqlar evinə verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər