Ru
11:03 / 24 Yanvar 2020

44-cü dairə müəmması: Hacı Salayevdən sonra Mais Səfərli də geri çəkildi

7942
Yurddaş partiyasının sədri Mayıs Səfərli də deputatlığa namizədliyini geri çəkib.

BakuPost-un məlumatına görə, partiya sədri 44-saylı Sumqayıt-Xızı Seçki dairəsindən namizədliyini irəli sürmüşdü.


Lakin o namizədliyini müəmmalı şəkildə geri götürüb.

Ondan başqa həmin dairədən 2 dəfə deputat seçilən Hacı Salayev də ötən gün namizədliyini geri çəkib.

Qeyd edək ki, hazırda 44-saylı Sumqayıt-Xızı Seçki dairəsindən şahmatist, Sumqayıt Bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarova, yazıçı Varis Yolçuyev, jurnalist Nəsimi Şərəfxanlı namizəddir.

Hakim partiya isə həmin dairədən Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlinin namizədliyini irəli sürüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər