Ru
21:03 / 10 Noyabr 2020

44 gün, 44 dəyər

3129
27 sentyabrda Ali Baş Komandanın rəhbərliyi, xalqımızın xeyir-duası ilə əsgərlərimizin başlatdığı və hər günü möhtəşəm uğurlarla müşayiət olunan 44 günlük qələbə yolumuz, zəfər yolumuz qürur, şərəf yolumuz, Turan yolumuzdur.

Bu günlər həyatımızda yeni səhifələr açaraq bizim çoxsaylı dəyərlərə sahib olduğumuzu sübut etdi...

Beləliklə, əsgər qanı ilə yazılmış yeni təqvimimizdə qazanılan və geri alınan 44 dəyər:

- 27 sentyabr - Vətən Müharibəsinin başlama günü - Doğuluş günü!

- 3 oktyabr - Şimal cəbhəsində sınma nöqtəsi - Suqovuşanın azadlıq günü!

- 4 oktyabr - İşğaldan Azad etdiyimiz ilk rayon mərkəzi - Cəbrayılın azadlıq günü!

-17 oktyabr - Düşmənin güvəndiyi istehkamların darmadağın edilməsi ilə cənub cəbhəsində sınma nöqtəsi - Füzulinin azadlıq günü!

-18 oktyabr - Bütövlüyümüzün, Azərbaycançılığımızın simvolu olan, tarixi Xudafərin körpüsünün azadlıq günü!

-20 oktyabr - Cənub cəbhəsində növbəti uğurumuz - Zəngilanın azadlıq günü!

-22 oktyabr - Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə İranla dövlət sərhədinin tam nəzarətə götürülməsi günü!

-25 oktyabr - Cənub istiqamətində növbəti möhtəşəm uğur - Qubadlının azadlıq günü!

- 8 noyabr - Ürəyimiz, canımız, şeir, sənət beşiyimizin - Şuşamızın azadlıq günü!

-10 Noyabr - Qələbə Günü!!!

Aran Qarabağımız, Dağlıq Qarabağımız, rayonlarımız, kəndlərimiz, elimiz, obamız, dərələrimiz, təpələrimiz, çaylarımız, göllərimiz, bulaqlarımız, çox qiymətli, əlvan metal yataqlarımız!

Həsrət çəkən Arazımız!

Azadlıq aşıqı Topxanamız!

Qədim insanın məskən saldığı, dünya arxeologiyasının qiymətli tədqiqat obyekti olan Azıx mağarası!

Gözəllik, zəriflik, paklıq simvolu olan Xarı Bülbül!

Dünyaca məşhur, müalicəvi İstisu!

İsa bulağımız, Cıdır düzümüz, Şuşa qalamız... və daha neçə-neçə dəyərli, təbii, tarixi, mədəni abidələr!

Tarixi paytaxtımız, Nizami yurdu, poeziyamızın beşiyi, həm də müasir dövrümüzün qəhrəman şəhəri olaraq tariximizin yeni səhifələrində iz qoyan Gəncə şəhəri!

Fasiləsiz bombardmanlara baxmayaraq, qələbə yolundakı acılarla qucaqlaşaraq bir an belə sınmayan qəhraman Tərtər rayonumuz!

Tarixi, mədəni mərkəzimiz, Gəncə və Tərtər ilə çiyin-çiyinə bütün çətinliklərə sinə gərən Bərdə şəhərimiz!

Naxçıvana açılan quru yolumuz!

Qardaş Türkiyə ilə büsbütünlüyümüz!

Qalib Ordumuz...

Döyüşkən əsgərlərimiz...

Yenilməz sərkərdələrimiz...

Qəhrəman qazilərimiz...

Baş tacımız - ölməz şəhidlərimiz...

Onların alınan qisası, sevinən ruhları...

Dünyanı təəccübləndirən, yumruq kimi xalqımız...

Düşməni lərzəyə salan milli birliyimiz...

Azərbaycanlılığımız!

Türklüyümüz!

Bütövlüyümüz!

Sabahı etibar edə biləcəyimiz ağıllı, vətənpərvər, fədakar Azərbaycan gəncliyi!

Güvənə biləcəyimiz Ali Baş Komandanımız!

Hüzur tapdı inləyən doğma məzarlarımız!

Ayağa qalxdı tapdanan mənliyimiz!

Toparlandı əzilən qürurumuz!

Təmizləndi tüpürülən qeyrətimiz!

Bərpa oldu itən kişiliyimiz!

Ucaldı aşağılanan ləyaqətimiz!

Başımızdadır yerə soxulan papağımız!

Tarixə qovuşdu matəm günlərimiz!

Yüksəldi enən bayrağımız!

Və nəhayət!!! Qarabağ Azərbaycandır!!!

44 gün. 44 dəyər! Sevin, Azərbaycan!

Öyünməyə dəyər!

Dr. Zülfüqar Yusifov
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər