Ru
15:14 / 22 Aprel 2018

46 qızı zorladığı iddia edilən kişi azadlığa buraxıldı - “Özümü asmaq istəyirdim...”

6863
Falçılıqla məşğul olub, 46 qızı zorladığı iddia olunan və özünü Mirseymur kimi tanıdan Ramil Talıbov ötən axşam sərbəst buraxılıb.


BakuPost xəbər verir ki, bu barədə R.Talıbovun özü musavat.com-a açıqlamasında bildirib: "Mən "içəridən” dünən saat 9-da çıxmışam. O qızlara görə mənə 1 sutka vermişdilər. Hazırda nəzarət altındayam. El gözü tərəzidir, gördülər ki, günahım yoxdur. Qanun-qayda var, biz kimik ki? Mən sadəcə fəhlə insanam”.


Ramil Talıbov zorlanma qalmaqalı ilə bağlı intihar etmək istədiyini də deyib:  "Özümü asıb öldürmək istəyirdim. Nə olsun ki, kişiyəm. Məgər kişiyə xələl gəlmir? Mən əsla falçılıqla məşğul olmamışam, bu haqda anlayışım yoxdur. Qızlardan biri Ə.A-nın rəfiqəsidir. Onu heç tanımıram. Artıq onlar barəsində hüquq-mühafizə orqanlarına şikayətlə müraciət etmişəm”.


Ramil Talıbov haqqında səslənən digər ittihamlara da cavab verib: "Mən əsla falçılıqla məşğul olmamışam, bu haqda heç bir bilgim yoxdur”.


Xatırladaq ki, aprelin 19-da iki tələbə qız mətbuata bildirmişdilər ki, özünü Seyid Mirseymur kimi təqdim edən şəxs "İnstagram” vasitəsi ilə tanış olduğu qızları fala baxmaq adı ilə aldadaraq, onlarla intim əlaqədə olub.


Adları açıqlanmayan gənc qızların iddialarında o da yer alır ki, "falçı Mirseymur"un əməllərinin qurbanı olan gənc qızların sayı 40-dan çoxdur. Bu mövzu ictimailəşdirildikdən sonra hüquq-mühafizə orqanları operativ araşdırmaya başlayıb. Ramil Talıbov məsələ ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsi tərəfindən saxlanılmışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər