Ru
17:53 / 04 Noyabr 2019

5 güləşçimiz medal qazandı

2390
Oktyabrın 31-dən noyabrın 3-dək Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.


BakuPost.az xəbər verir ki, yarışda məşqçilər Namiq Quliyev və Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi təmsil edən sərbəst güləşçilərdən beşi fəxri kürsüyə qalxıb.

Ramik Heybətov (55 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (71 kq) gümüş medal qazanıb. Rəşid Sadıxhacıyev (80 kq) ilə Saqadulla Ağayev (92 kq) isə bürünc medalı boynundan asıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər