5 otaqlı ev yandı - GƏDƏBƏYDƏ

  • 19 Avq 2019 09:19
  • 459 Baxış
5 otaqlı ev yandı -  GƏDƏBƏYDƏ
Gədəbəydə 5 otaqlı ev yanıb.




Fövqəladə Hallar Nazirliyindən Bakupost-a verilən məlumata görə, rayonun Moruxlu kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 12 m² sahədə və 3 ədəd yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.




Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.