Ru
09:44 / 17 Oktyabr 2019

5 rayon qazsız qalacaq - Səbəb

2225
Bu gün Sabirabad, Saatlı, İmişli, Şəmkir və Ağsuda rayonlarında qaz təminatında fasilələr olacaq.

“Azəriqaz” İB-dən BakuPost.az-a verilən məlumata görə, oktyabrın 17-də “Qaz İxrac” İdarəsinin Qaz Paylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İmişli və Şəmkir rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilələr olacaq.

Saat 09:00-dan 18:00-dək diametri 315 mm olan polietilen orta təzyiqli yeraltı qaz xəttində aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Ağsu rayonunun mərkəzinin bir hissəsi və bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər