“50-dən çox ölkəsi ABŞ-a zərbə vura bilər” - ABŞ rəsmisi

679
 
"Hazırda dünyanın 50-dən çox ölkəsi ABŞ-a əhəmiyyətli zərbə yetirə bilər və bu, ciddi narahatlıq doğurur.” Azvision.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Kiron Skinner Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində bu cür bəyanatla çıxış edib. 
 
Onun sözlərinə görə, əvvəllər ABŞ beynəlxalq arenada ona zərbə vura biləcək yalnız iki oyunçuya – nüvə silahlarına malik SSRİ və Çinə görə narahat idi. Lakin XX əsrin sonunda dünyada baş verən geosiyasi dəyişikliklər yeni təhlükə mənbələri ortaya çıxartdı. 

Bu mənada Skinner vurğulayıb ki, hazırda Rusiya ilə Çindən savayı, digər ölkələr də Amerikaya ciddi "xəsarət yetirə” bilərlər və bu zaman söhbət heç də təkcə nüvə, yaxud hərbi zərbədən getmir. Onlar kiber və iqtisadi müharibələr, informasiya qarşıdurması yaratmaq vasitəsilə də ABŞ-a zərbə yetirə bilərlər. 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər